Logo

Azərbaycan Texnologiya Universitetin Tədris şöbəsinə yeni rəhbər təyin edilib

28.10.2021 08:17 521 baxış
IMG

Azərbaycan Texnologiya Universitetinin (UTECA) Tədris şöbəsinə yeni rəhbər təyin edilib.

Tehsil.biz xəbər verir ki, Tədris şöbəsinin müdiri vəzifəsində Babək Mikayıl oğlu Həsənov çalışacaq. 

Babək Həsənov 10 aprel 1990-cı ildə Samux rayonunda anadan olub. Azərbaycan Texnologiya Universitetini 2011-ci ildə bakalavr, 2014-cü ildə isə magistr dərəcəsi ilə bitirib. 2015-ci ildə Azərbaycan Texnologiya Universitetində sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə fəlsəfə doktoru proqramına qəbul olub. Hazırda fəlsəfə doktorluq proqramının müdafiə mərhələsindədir. 

Babək Həsənov 2014-cü ildən Azərbaycan Texnologiya Universitetində laborant, baş laborant, müəllim və rektor köməkçisi kimi işləyib. 2016-cı ildən isə Distant və qiyabi təhsil mərkəzinin direktoru idi. 

Ailəlidir, 2 övladı var.

Xəbər lenti