Logo

Jurnalistika fakültəsinin magistrantları Teleradio Akademiyasında görüşdə iştirak ediblər

27.10.2021 15:41 290 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) bir qrup müəllim və magistranı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasında PR texnologiyaları üzrə mütəxəssis, tanınmış rusiyalı jurnalist Natalya Artemyeva ilə görüşdə iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, ilk olaraq Teleradio Akademiyasının rektoru Telli Pənahqızı görüşün keçirilməsi məqsədi ilə bağlı iştirakçılara məlumat verib.

Qonaq N.Artemyeva KİV-lə qarşılıqlı əlaqələr, informasiyanın əlçatanlığı, məlumatın toplanması, xəbər və analitik proqramlardakı iş təcrübəsi, müəllif proqramının yaradılması və digər məsələlərlə bağlı fikirlərini bölüşüb, hədəf auditoriyasının seçilməsi mövzusundan danışıb. Rusiyanın Yekaterinburq şəhərindən dəvət olunan ekspert, həmçinin, mətnin ideyası, strukturu, materialın janrı və jurnalistin xəbərin istehsalı prosesindəki rolu barədə çıxış edib.

Azərbaycan Televiziyası və 105 FM radiosunun, BDU-nun bir qrup müəllim və tələbəsinin, o cümlədən, Teleradio Akademiyasının əməkdaşlarının iştirak etdiyi tədbirdə geniş diskussiya aparılıb, jurnalist, aparıcı, müxbir və redaktorları maraqlandıran suallar cavablandırılıb.

Rusiyalı media eksperti N.Artemyeva iki ölkənin televiziya və radio qurumları arasında bu cür əməkldaşlığın fikir və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıdığını və gələcəkdə daha sıx şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Xəbər lenti