Logo

ADPU-nun "Təlim və tədrisin təşkili və metodikası" ixtisaslaşması üzrə müəllimlər əməkdaşlığa dəvət edilir

27.10.2021 13:14 526 baxış
IMG

ARTİ “SABAH Magistratura” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə 2021/2022-ci tədris ilinin yaz semestrində tədris aparmaq üçün müəllimləri əməkdaşlığa dəvət edir.

“Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək:

  • Sosial elmlərdə statistika və data analizi
  • Təhsildə keyfiyyət təminatı
  • Qiymətləndirmə 
  • Təhsil müəssisələrində təşkilati davranış
  • Sinfin idarəolunması

Namizədlərə dair tələblər:

  • Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura);
  • Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis ünsiyyət bacarıqları;
  • İKT resurslarından sərbəst istifadə bacarıqları;
  • İnnovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları.

Müsabiqədə iştirak etmək istəyən namizədlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected]  elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaqlar.

Müraciət üçün son tarix: 15 noyabr 2021-ci il, saat 23:59

Xəbər lenti