Logo

Rektor Elmar Qasımov II kurs tələbələri ilə görüşüb

27.10.2021 10:36 347 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbin II kurs tələbələri ilə görüş keçirib. 

Tehsil.biz xəbər verir ki, tələbələrin hər biri ilə yaxından tanış olan rektor onlara Ali Məktəbin uğurları, göstəriciləri, təlim-tədris prosesi barədə məlumat verib. Elmar Qasımov qeyd edib ki, Bakı Ali Neft Məktəbi 10 ildir yaranmasına baxmayaraq, böyük uğurlar qazanıb, ölkə daxilində nüfuzlu ali məktəbə çevrilib. 

“Foundation” ilini uğurla başa vuran və IELTS imtahanının nəticələri yüksək olan tələbələri təbrik edən rektor bu göstəriciləri sonadək qoruyub saxlamağı tövsiyə edib. Elmar Qasımov tələbələrə dərslərində müvəffəqiyyətlər və tələbəlik həyatında uğurlar arzulayıb.

Xəbər lenti