Logo

ADU-nun kollektivi şəhid Elvin Bayramovun anım günündə iştirak edib

27.10.2021 10:32 348 baxış
IMG

44 günlük  Vətən müharibəsində  Azərbaycan Dillər Universitetinin məzunu olan 3 tələbə şəhid olub. Onlardan biri, ADU Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin məzunu olan Elvin Bayramovun 26 oktyabrda  şəhadət günüdür. 

Tehsil.biz xəbər verir ki, ADU-nun rektoru Kamal Abdullanın tapşırığı ilə kollektiv adından Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrası müdiri v.i.e. dos. Qorxmaz Mustafayev, Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri  dos. Əmralı Şirəliyev, dos. Ələddin Əliyev  və tələbələr Biləcəri Şəhidlər Xiyabanında olublar.

Sonra kollektiv Elvin Bayramovun Anım mərasimində iştirak edib. Tədbirdə professor İbrahim Kazımbəyli çıxış edib, ADU rəhbərliyinin və kollektivin salamlarını, həmçinin Elvinin tələbəlik illərindən xatirələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.  

Xəbər lenti