Logo

BDU-nun rektoru şəhid ailələrinin üzvləri olan tələbələrlə görüşüb

27.10.2021 10:15 297 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev şəhid ailələrinin üzvləri olan - Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Zeynəb Bədəlova və Şərqşünaslıq fakültəsinin tələbəsi Aysu Əmrahova ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, rektor Elçin Babayev görüşdə Azərbaycan Respublikasının Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində möhtəşəm qələbəsindən söz açaraq BDU-nun şəhidlik zirvəsinə ucalan 19 nəfər şəhid məzunu haqqında danışıb. Əbədiyyətə qovuşan bütün qəhrəman şəhidlərimizin xatirəsinin daim uca tutlacağını, xalqımızın öz qəhrəman şəhidləri ilə  qürur duyduqlarını ifadə edib. Rektor həmçinin şəhid ailələrinin üzvü olan tələbə-gənclərin təhsili, qayğıları ilə maraqlanıb, onlara təhsillərində uğurlar arzulayıb.

Qeyd edək ki, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Zeynəb Bədəlovanın həyat yoldaşı baş leytenant Valeh Bədəlov Vətən müharibəsində Kəlbəcər istiqamətində gedən döyüşlərdə, Şərqşünaslıq fakültəsinin tələbəsi Aysu Əmrahovanın atası Saməddin Əmrahov Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Hər iki şəhid qəhrəmanlarımız Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə orden və medallarla təltif olunublar.

Xəbər lenti