Logo

ADPU-nun Quba filialının növbəti  Elmi Şurası keçirilib

27.10.2021 08:22 123 baxış
IMG

Oktyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının 2021/2022-ci tədris ilinin növbəti Elmi Şurasının iclası keçirilib. 

ADPU-nun Quba filialının direktoru, Elmi Şuranın sədri dosent Yusif Alıyev iclası giriş sözü ilə açaraq, iclasda iştirak edən Elmi Şura üzvlərini salamlayıb. Dosent Yusif Alıyev bildirib ki, gündəlikdə Filialın 2021/2022-ci il tədris ilinə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr, eyni zamanda  Filialın, filialın Elmi Şurasının, bölmə və strukturlarının 2021/2022-ci tədris ili üçün iş planlarının təsdiqi məsələləri öz əksini tapmışdır.
Direktor Yusif Alıyev iclasda filialda tədrisin təşkili istiqamətində görülən işlər haqqında məlumat verib.

Elmi şurada filialın Tədris şöbəsinin müdiri Mələk Bağırova 2021/2022-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələri üzrə qəbulun nəticələri  və Tədris şöbəsinin baş mütəxəssisi Elnarə Musayeva 2020/2021-ci tədris ilinin kredit borclarının ləğvi ilə bağlı təşkil olunmuş yay semestrinin nəticələri haqqında çıxış etmişdir.
Əlavə olaraq akademik dərs saatlarının bölgüsü  və filialın kafedraları üzrə fərdi iş planlarının, fənn sillabuslarının, elektron mühazirələrin tərtibi vəziyyəti haqqında isə kafedra müdirləri, eyni zamanda t.f.d. İ.Mahmudov çıxış etmiş, fakültə dekanlığında planlaşma işlərinin və tədris prosesinin təşkil vəziyyəti haqqında isə Nubar Bayramova qeydlərini bildirmişdir. Keyfiyyətin Təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva isə Filialda Tədrisin keyfiyyətinə nəzarət komissiyasının yaradılması haqqında ətraflı qeydlərini nəzərə çatdırmışdır. 

Daha sonra cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Filialda tələbələrin qəbul prosesini daha mükəmməl təşkil etdiyi üçün filialın İKT şöbəsinin müdiri Yusif Abayevə təşəkkür elan edilmiş, əlavə mükafatın təsis edilməsi ilə bağlı gündəliyə məsələ əlavə edilmişdir.

Daha sonra yeni yaradılan İnsan resursları şöbəsi və şöbənin əməkdaşları haqqında məlumat verilib.
Sonda müzakirə olunan məsələlərlə əlaqədar işlərin qısa müddətdə icrası üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Mətni hazırladı: Leyla Nurullayeva

Xəbər lenti