Logo

Qərbi Kaspi Universiteti Polşa universiteti ilə əməkdaşlığa başlayır

27.10.2021 08:19 341 baxış
IMG

Qərbi Kaspi Universiteti ilə Polşanın nüfuzlu təhsil ocaqlarından biri, iqtisadiyyat sahəsi üzrə ixtisaslaşmış WSG Universiteti (University of Economy in Bydgoszcz) arasında anlaşma memorandumu imzalanıb. 

Bu barədə "Tehsil.biz"ə universitetin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, memoranduma əsasən tərəflər tələbə və müəllim heyətinin mübadiləsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və digər akademik istiqamətlər üzrə əməkdaşlıq barədə razılıq əldə ediblər.

Xəbər lenti