Logo

Milli Kitabxanada kitabtoplama kampaniyası davam edir

26.10.2021 23:49 224 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına oktyabrın 26-da Azərbaycan Dövlət İqtisad Universiteti də qoşulub.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universiteti 600 nüsxədən çox kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə edib.

Universitetin prorektoru Sakit Yaqubov Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd edib.

UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva və Kataloqlaşdırma, kitabişləmə və biblioqrafiya şöbəsinin müdiri Sədaqət Əhmədli tezliklə toplanan bütün kitabların Qarabağda bərpa olunacaq kitabxanalara göndəriləcəyini və oxucuların bu ədəbiyyatlardan yararlanacağına ümidvar olduqlarını söyləyiblər.

Xəbər lenti