Logo

Şəhid müəllimlərin xatirəsinə riyaziyyat və tarix fənnlərindən olimpiada keçirilib

26.10.2021 19:50 318 baxış
IMG

Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən VII və VIII sinif şagirdlərinin iştirakı ilə Şəhid müəllimlər Rabil İsmayılov və Rəşad Məmmədovun xatirəsinə riyaziyyat və tarix fənnlərindən olimpiadanın məktəb mərhələsi keçirilib.

Tehsil.biz xəbər verir ki, olimpiadanın keçirilməsində məqsəd Vətən müharibəsində canlarını fəda edən müəllimlərimizin əziz xatirəsini yad etməkdən ibarətdir.

Olimpiada riyaziyyat fənnindən VII, tarix fənnindən isə VIII siniflər üzrə həyata keçirilib.

Məlumat üçün qeyd edək ki, olimpiadanın şəhər mərhələsi 30 oktyabr tarixində keçiriləcək.

Xəbər lenti