Logo

BDU-nun müəllimi vəfat edib - FOTO

26.10.2021 17:49 360 baxış
IMG

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Nərgiz Sadıqova vəfat edib.

Tehsil.biz xəbər verir ki, 67 yaşında dünyasını dəyişən Nərgiz Sadıqova 2012-ci ildən Filologiya fakültəsinin İngilis dili (humanitar fakültələr üzrə) kafedrasinda pedaqoji fəaliyyətə başlayıb.

O, Dövlət İmtahan Mərkəzi tərəfindən çap edilən bir sıra kitabın həmmüəllifi olub.

Allah rəhmət eləsin!

Xəbər lenti