Logo

BMU TEC-in tanıtım tədbiri çərçivəsində “Fonlar və fiqurlar” mövzusunda seminar

26.10.2021 17:08 279 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) ilk kurs tələbələri üçün tanıtım tədbiri keçirilib.

TEC-in sədri Sahilə Nemətli cəmiyyətin fəaliyyəti haqqında geniş təqdimatla çıxış edib. Bildirib ki, TEC layihələr, seminarlar, elmi festivallar, yarışların həyata keçirilməsi, eyni zamanda tələbələrin elmi-tədqiqat və elmi-praktiki işlərinin koordinasiyası məqsədilə yaradılan tələbə təşkilatıdır. Cəmiyyətin indiyə qədər həyata keçirdiyi önəmli tədbirlərə toxunan S.Nemətli TEC-in qarşısında duran vəzifələri vurğulayıb. Cəmiyyətin sədri qeyd edib ki, tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, həmçinin elmi yaradıcılığın müxtəlif formalarının təbliği, tələbələrin elmi mərkəzlər, texnoparklar, ideya inkubatoru və s. müəssisələrdə aparılan işlərə cəlb edilməsi istiqamətində fəaliyyət daha da gücləndiriləcək.

Tədbir çərçivəsində baş tutan seminarda BMU-nun Riyaziyyat və informatika kafedrasının baş müəllimi, həmçinin TEC-in elmi rəhbəri Bəhman Məmmədov (Qüdsi) “Fonlar və fiqurlar” mövzusunda çıxış edib. O, tələbə liderliyi və bu zaman diqqət olunmalı məqamlar barədə danışıb. B.Məmmədov, bununla yanaşı, elm və digər sahələrdə uğur qazanan şəxslər haqqında maraqlı məlumatları tələbələrin diqqətinə çatdırıb, onların elmə olan marağının artırılması yönündə tövsiyələrini verib.

Sonra seminarda B.Məmmədov tələbələri maraqlandıran sualları cavablandırıb.

Xəbər lenti