Logo

Gömrük Akademiyasında mediasiya haqqında seminar keçirilib

26.10.2021 14:06 328 baxış
IMG

25 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr üçün "Məhkəmə-hüquq islahatlarında yeniliklər: Mediasiya və mediasiya qanunvericiliyinin əsasları" mövzusunda seminar təşkil edilib.

Tehsil.biz xəbər verir ki, seminar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü/vəkil, Mediasiya Şurasının İxtisas Komissiyasının üzvü Natiq Məmmədov tərəfindən təqdim edilib.

Seminarda tələbələrə mediasiyanın anlayışı və mahiyyəti, mediasiya qanunvericiliyi, bu sahədə milli və beynəlxalq təcrübə, mediasiyanın məqsəd və prinsipləri, mediasiyanın mərhələləri barədə nəzəri biliklər verilib. Həmçinin tələbələr yaxşı mediator olmaq üçün zəruri olan bilik, bacarıq və səriştələr barədə məlumatlandırılıb.

Sonda isə auditoriyanı maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.

Xəbər lenti