Logo

ADPU-da ümumilikdə 19 qrup distant təhsilə keçib

26.10.2021 13:55 420 baxış
IMG

"Tədris ili başlayandan Azərbaycan Dövlət Pedaqoji Universitetində 19 qrup distant təhsilə keçib".

Tehsil.biz xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Universitetin mətbuat xidmətinin rəhbəri Cavid Hüseynov bildirib.

Onun sözlərinə görə, həmin qruplardan 4-ü artıq əyani dərslərə qayıdıb, bir neçəsi isə bu həftə qayıdacaq

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində müxtəlif təhsil pillələrində 20363 nəfər tələbə təhsil alır.

Xəbər lenti