Logo

“Direktorlar klubu”ndan növbəti “Məsləhətli saat”

26.10.2021 12:56 387 baxış
IMG

26 oktyabr saat 19.00-da "Direktorlar klubu" çərçivəsində davam edən "Məsləhətli saat" proqramının növbəti buraxılışı yayımlanacaq.  

Əməkdar müəllim Asif Cahangirovun təqdimatında yayımlanan proqramda A. Cahangirov "Səriştə əsaslı təhsil: şagird" mövzusunda təqdimatla çıxış edəcək, izləyicilərin suallarını cavablandıracaq.

“Məsləhətli saat”ı "T-network"-un feysbuk səhifəsi üzərindən canlı izləyə bilərsiniz. 

Qeyd edək ki, "Direktorlar klubu" Təhsil Nazirliyinin dəstəyi, T-network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı və Kapital Bankın baş sponsorluğu ilə yaradılıb. Kluba üzv olmaq istəyən ümumtəhsil məktəb direktorları müvafiq linkə keçid edə bilərlər: https://forms.gle/1QVWonEzjMimNRNp9

Xəbər lenti