Logo

Naxçıvan Dövlət Universitetinin “Kimya” müəllimi beynəlxalq konqresdə çıxış edib

26.10.2021 12:46 420 baxış
IMG

Naxçıvan Dövlət Universiteti “Kimya” kafedrasının dosenti, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru Əliəddin Abbasov, AMEA Naxçıvan bölməsi, Təbii Ehtiyatlar İnstitunun laboratoriya müdiri Fizzə Məmmədova və universitetin “Kimya” kafedrasının laboratoriya müdiri Aygün Qocayeva ilə birgə Türkiyə Kimya Dərnəyi Tekirdağ Namiq Kamal Universiteti tərəfindən təşkil edilən 33.Ulusal onlayn  Kimya Konqresində onlayn iştirak ediblər. 

Həmmüəlliflər Cow2+, Zn2+, Co2+, Ni2+, Cd2+və Pb2+ionlarının Dowex Marafonu C (sülfonik qrupu ilə, H+) və Diaion WK 40 (karboksil qrupu ilə, H+) kationitlərinin sorbsiyasının tarazlıq vəziyyəti və kinetikasını öyrənib termodinamik parametrləri tədqiq ediblər. Müəlliflərin tədqiq etdiyi elmi məqalədə proseslərin tarazlıq və kinetik tədqiqatlar nəticəsində əldə edilən məlumatlara əsasən sorbsiya izotermləri təşkil edilib və müvafiq tənliklər irəli sürülüb. 

Qeyd edək ki, konqresdə təqdimatla universitetin “Kimya” kafedrasının laboratoriya müdiri Aygün Qocayeva çıxış edib.

Xəbər lenti