Logo

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı UNEC-də olub

26.10.2021 12:38 290 baxış
IMG

UNEC rektoru professor Ədalət Muradovla görüşdə UNEC ilə Türkiyə universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Tehsil.biz xəbər verir ki, rektor səfirə UNEC-in müəllim və tələbələrinin Türkiyənin aparıcı universitetlərində təcrübə və mübadilə proqramlarında iştirak etdiyini, bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Görüşdə Türk Dünyası İqtisad Fakültəsinin Türkiyə ali təhsil sisteminə tam inteqrasiyası, fakültənin türk dilində nəşr edilən yeni dərsliklərlə təmin edilməsi barədə də fikir mübadiləsi aparılıb.

UNEC-in əldə etdiyi uğurlardan məmnunluğunu bildirən səfir Cahit Bağçı qardaş ölkə universitetlərinin əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdiriləcəyindən əminliyini ifadə edib.

Xəbər lenti