Logo

BDU-da Qubadlı rayonun işğaldan azad olunmasının ildönümü ilə bağlı tədbir keçirilib

26.10.2021 12:18 119 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Qubadlı rayonun işğaldan azad olunmasının ildönümü ilə bağlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin TGT sədri Röya Abbasova Qubadlı rayonunun tarixindən, Vətən müharibəsində Qubadlının işğaldan azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdən söhbət açıb. O, həmçinin Qubadlı əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsinin və texnikasının məhv edilməsindən, bu əməliyyatın Ermənistan ordusunun darmadağın etməsilə yanaşı, psixoloji baxımdan da ermənilərə böyük zərbə olduğunu qeyd edib.

Daha sonra çıxış edənlər -  Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavinləri Toğrul Məlikzadə və Əfsanə Ağasiyeva, birinci kurs tələbələri - Fidan Abbaszadə və Ləman Hacıyeva Qubadlı rayonunun zəngin təbiətinə qarşı törədilən ekoloji terrorun, rayon ərazisindəki tarixi və mədəni abidələrin dağıdılmasının erməni vandalizminin təzahürü olduğunu qeyd ediblər.

Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab Prezident İlham Əliyevin işğaldan azad edilən Qubadlı rayonuna səfərini əks etdirən videçarxın nümayişi ilə başa çatıb.

Xəbər lenti