Logo

BDU-da "Sovet hüquq sistemi ilə müstəqil Azərbaycanın hüquq sisteminin fərqləri" mövzusunda seminar keçirilib

26.10.2021 11:36 269 baxış
IMG

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT) və “Socialist Law Club”un birgə təşkiklatçılığı ilə "Sovet hüquq sistemi ilə müstəqil Azərbaycanın hüquq sisteminin fərqləri" mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda hüquq elmlər doktoru, professor Xəyyam İsmayılov mövzu ilə bağlı məruzə ilə çıxış edib. O, hüquq sistemi anlayışı ilə bağlı tələbələrə ümumi məlumat verib, daha sonra "Azərbaycanda hüquq sisteminin tarixi", "Cümhuriyyət dövründə hüquq sistemi", "Sovet dövründə Azərbaycanda hüququn mövcudluğu", "Qanunvericilik sahəsində həyata keçirilən yeniliklər" və s. kimi mövzulara toxunub. Ölkəmizdə həyata keçirilən hüquqi islahatlar tarixi prizmadan nəzərdən keçirilib, müasir hüquq sisteminin keçdiyi inkişaf yolunun ilkin mərhələsində azad cəmiyyətin formalaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, müstəqil ədalət mühakiməsinin həyata keçirilməsinə yönəlmiş hüquqi islahatların konsepsiyası haqqında məlumat verilib.

Görüş tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam edib.

Xəbər lenti