Logo

Azərbaycan dili və ingilis dili fənləri üzrə proqramlarda təkmilləşdirmə aparılıb

26.10.2021 11:24 57 baxış
IMG

Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

Tehsil.biz xəbər verir ki, iclasların gündəlik məsələsi hər iki fənn üzrə ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanları üçün proqramların müzakirəsi olub.

Müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan dərsliklərə baxılıb və həmin dərsliklərin 2021-ci il nəşrləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilərək fərqlər müəyyən edilib. Proqramda bununla bağlı müvafiq təkmilləşdirmələr aparılıb.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

Xəbər lenti