Logo

Azərbaycan Tibb Universitetində 2300 əcnəbi tələbə və rezident təhsil alır

26.10.2021 10:40 301 baxış
IMG

Azərbaycan Tibb Universiteti (ATU) əcnəbi tələbələrin sayına görə ölkəmizin ali məktəbləri arasında lider mövqedədir. Universitetdə dünyanın 40-a yaxın ölkəsinin vətəndaşları təhsil alır və həkimlik peşəsinin sirlərinə yiyələnirlər.

Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev bildirib ki, hazırda ATU-da 39 ölkədən 2300 əcnəbi tələbə və rezident təhsil alır. Bunlar sırasında Türkiyə, Pakistan, Böyük Britaniya, ABŞ, Rusiya, İsrail, Nigeriya, Banqladeş, Hindistan, İraq, İran, Suriya və s. qeyd etmək olar:”Universitetdə təhsil alan əcnəbilər arasında sayına görə birinci yeri Türkiyədən olan tələbə və rezidentlər tutur”. 

Prorektor qeyd edib ki, 2020-2021-ci tədris ilinə qədər əcnəbilər  yalnız  Tibb, Diş həkimliyi və Əczaçılıq ixtisasları üzrə təhsil ala bilirdilər. 2021-2022-ci ildən etibarən isə əcnəbi vətəndaşlar artıq İctimai səhiyyə ixtisası üzrə də təhsil almaq üçün müraciət edə bilirlər:”Hazırda digər ölkə təmsilçilərinin Tibb bacısı və Fizioterapiya ixtisasları üzrə təhsil ala bilmələri üçün şəraitin yaradılması istiqamətində işlər aparılır”.

Xarici tələbələrin yataqxana ilə təminatı məsələsinə gəlincə, O.İsayevin sözlərinə görə ATU-nun 6 yataqxanası var və əcnəbi tələbələrin də buradan  istifadə etmək imkanları mövcuddur.  

 

Xəbər lenti