Logo

BDU-da qazi Ziya Səlimovla görüş keçirilib

26.10.2021 09:11 684 baxış
IMG

Bakı Dövlət Universiteti Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Vətən müharibəsi iştirakçısı Ziya Səlimovla görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən TGT-nin fakültə üzrə  sədr müavini, III kurs tələbəsi Murad İskəndərzadə Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə əbədi həkk olunan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən bəhs edib.

Sonra çıxış edən qazi Ziya Səlimov 44 Günlük Vətən müharibəsi dövründə göstərdiyi şücaətlərdən və şərəfli döyüş yolundan bəhs edərək, rəşadətli ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələrdən, xalqımızın göstərdiyi birlik və həmrəylik nümunəsindən bəhs edib. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun cəmi 44 gün içində düşmənin 30 il ərzində möhkəmləndirdiyi istehkamları, gücləndirilmiş müdafiə xəttini yarıb keçdiyinə diqqət çəkən Ziya Səlimov hərbçilərimizin sərgilədiyi peşəkarlığın dünyanın ən qabqcıl dövlətlərini də heyrətləndirdiyini vurğulayıb. Z. Səlimov müharibə ilə bağlı xatirələrini danışıb, dövlətin qazilərə olan dəstəyindən bəhs edib.

Tədbir qazi Ziya Səlimovun tələbələri maraqlandıran sualların cavablandırması ilə başa çatıb.

Xəbər lenti