Logo

Şirvan şəhərində təhsil layihəsi icra edilir

26.10.2021 09:00 323 baxış
IMG

Kodlaşdırma 21-ci əsrin əlifbasıdır, yəni rəqəmsal əsrdir!  Ağıllı cihazlar həyatımızın getdikcə daha çox hissəsini tutur, yerləşmiş sistemlərin sayı artır, avtomatlaşdırma, məlumat toplama və təhlil üçün yeni vasitələr ortaya çıxır.  

Robot və kompüterləşdirmə - uşağa maşınlardan istifadə edərək problemlərini həll etməyi, özünün dizayn edə biləcəyi, həllini müdafiə edə və real bir modelə çevirə biləcəyi mühit yaradır.  Məhz dizayn və proqramlaşdırma, mühəndis yaradıcılığı, elektronika  sürətlə inkişaf edir və 21-ci əsrin tələblərindəndir.  STEAM təhsilində  Arduino mühəndisliyin ən əlçatan yollarından birini təqdim edir. Arduino ilə təhsil sahəsində   şagirdləri orta məktəb, lisey və universitet boyunca öyrənmə səyahətində gücləndirən və inkişaflarına kömək edən yeni nəsil STEAM proqramının tətbiqi  üçün ən mükəmməl fürsətləri yaradır. 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsində qalib olmuş Şirvan şəhər M.İsrailov adına 18 nömrəli  məktəbin coğrafiya müəllimi Pərvanə Hətəmovanın STEAM nominasiyası üzrə "Arduino emalatxanası - elektronikaya açılan qapı" layihəsinin əsas  məqsədi  - Arduino dərsləri ilə  elektronika, proqramlaşdırma, kodlaşdırma sahələrlərinin əsaslarını, əhəmiyyətini başa düşmək, praktiki şəkildə elektronika ilə tanış olmaq və bu sahəyə marağın artırılması, yenilikçi layihələrin  yaradılması, bacarıqlarının aşkara çıxarılmasına nail olmaqdır. 

29.09.2021-ci il il tarixdə Şirvan M.B.İsrailov adına 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseyin akt zalında layihənin açılış tədbiri keşirilib. Tədbirdə layihənin eksperti Ramil Suleymanov, Şirvan Təhsil Şöbəsinin nümayəndəsi Orxan Həsənov, Şirvan M.B.İsrailov adına 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseyin direktoru İsmayıl Yusubov, təlimçi Sənan Heydərli və Şirvan M.B.İsrailov adına 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseyin müəllim və şagird kollektivi iştirak etmişdir. Qonaqlar layihənin əhəmiyyətini vurğuladılar, icra prosesində uğular arzuladılar. 

"Arduino emalatxanası-elektronikaya açılan qapı" layihəısinin  icra planına uyğun olaraq - 12-14 yaş qrupunu, 90 nəfəri və üç ay müddətini əhatə edən 18.10.2020-ci il tarixdə Şirvan M.B.İsrailov adına 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseydə  7-ci siniflərdən ibarət 13 şagirdin iştirak etdiyi ilk 1-ci qrupla təlimlərə start verildi. Təlimin ilk günü şagirdlərlə diaqnostik qiymətləndirmə aparıldı, Arduino hissələri ilə tanışlıqdan və kompyüterlərdə proqram təminatından sonra ilk proqramlaşma, tətbiq dərslərinə başlanıldı.   

Təlimlər davam edir.

Xəbər lenti