Logo

UNEC-in prorektoru Neman Muradlı əcnəbi tələbələrlə görüşüb

26.10.2021 08:47 564 baxış
IMG

UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlı əcnəbi tələbələrlə görüşüb.

Tehsil.biz xəbər verir ki, prorektor UNEC-də əcnəbi tələbələr üçün yaradılan şəraitdən söz açıb. UNEC-in təhsil imkanları, beynəlxalq əlaqələri və həyata keçirdiyi layihələr barədə onlara ətraflı məlumat verib. Həmçinin əcnəbi tələbələrin təhsili və ehtiyacları ilə yaxından maraqlanıb. UNEC-də əcnəbi tələbə klubunun fəaliyyət göstərdiyini diqqətə çatdıran N.Muradlı, tələbələrə universitetin ictimai və sosial həyatında fəal olmağı tövsiyə edib.

Qeyd edək ki, 2021/2022-ci tədris ilində UNEC-ə ABŞ, Rusiya, Şri Lanka, Türkiyə, Gürcüstan, Ukrayna, Türkmənistan, Antiqua və Barbuda, Bəhreyn, Əfqanıstan, İran, Liviya, Özbəkistan, Pakistan, Qazaxıstandan 87 əcnəbi tələbə qəbul olub. Onlardan 78 nəfəri bakalavriat, 9 nəfəri isə magistratura üzrə təhsil alır. Ümümilikdə isə hazırda UNEC-də 319 əcnəbi tələbə təhsil alır. Təhsil qrantı və dövlət proqramları çərçivəsində UNEC-də təhsil alan əcnəbilərin sayı 15 nəfərdir.

Xəbər lenti