Logo

ADAU-nun rektoru Tatarıstanda səfərdədir

26.10.2021 08:43 339 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun rəhbərliyi ilə universitetin bir qrup əməkdaşının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yerləşən N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyasına səfəri davam edir.

Tehsil.biz xəbər verir ki, səfər çərçivəsində İ.Cəfərov N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyasının rektoru, professor Rüstəm Xamitoviç Ravilovla görüşüb.
Görüşdə tələbə-müəllim mübadiləsi, ortaq layihələr və baytarlıq təbabəti sahəsində ikili diplom məsələləri müzakirə edilib. Hər iki tərəf qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək, qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün real imkanlar ətrafında danışıblar.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

İkitərəfli görüşdən sonra Aqrar Universitetin nümayəndə heyəti N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyasının tədris ve elmi imkanları ilə yaxından tanış olmaq üçün müvafiq kafedra ve fakültələrdə olublar.

Qeyd edək ki, ADAU ilə N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyası arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, qarşılıqlı olaraq baytarlıq sahəsində kadr hazırlığına və elmi-tədqiqat işlərinin aparılmasına start verilib.

Xəbər lenti