Logo

ADPU TGT "Zəfərin Keşikçiləri" adlı görüş keçirib

25.10.2021 22:42 352 baxış
IMG

Oktyabrın 25-i Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında “Zəfərin keşikçiləri” adlı görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşün qonağı Vətən müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun leytenantı, qazi Pərvin Abdullayev olmuşdur.

ADPU TGT-nin sədr müavini Aytən Əliyeva açılış çıxışı edərək Zəfər tarixini yazan igidlərimizin hər birimizə örnək olduğunu vurğulayıb.

İbtidai təhsil fakültəsinin TGT rəhbəri Jalə Cəlilzadənin moderatorluğu ilə davam edən görüşdə Pərvin Abdullayev 44 günlük müharibə müddətində keçdikləri döyüş yolu, hisləri, qələbəyə doğru gedən yolda Azərbaycan əsgərinin necə inamla addımlamağı haqqında düşüncələrini bölüşmüş və tələbələrin çoxsaylı suallarını cavablandırmışdır.

Xəbər lenti