Logo

"Dövlət idarəçiliyində gender bərabərliyi: mövcud vəziyyət və çağırışlar"mövzusunda təlim keçirilib

25.10.2021 19:56 449 baxış
IMG

Dövlət İmtahan Mərkəzi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GiZ) dəstəyi ilə 25 oktyabr 2021-ci il tarixindən başlayaraq “Dövlət idarəçiliyində gender bərabərliyi: mövcud vəziyyət və çağırışlar” mövzusunda təlimlər keçirilir.

Tehsil.biz xəbər verir ki, təlimlər 25-28 oktyabr tarixlərində Bakı şəhərində və regionlarda yerləşən ali təhsil müəssisələrinin gender üzrə məsul şəxsləri üçün keçiriləcək.

Təlimdə DİM-in Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət idarəçiliyində gender bərabərliyi: beynəlxalq öhdəliklər və milli normalar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda gender bərabərliyinin təmini ilə bağlı beynəlxalq konvensiyalar, eyni zamanda milli qanunvericilikdə gender bərabərliyi ilə bağlı tənzimləmələr barədə məlumat verilib, eləcə də gender məsələləri ilə bağlı nəzəri-praktiki məsələlər müzakirə edilib.

Həmçinin, DİM-in sektor müdiri Elnur Abbasov “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” ümumi məlumat”, “Dövlət qulluğuna qəbul mexanizmləri və dövlət qulluğunda gender bərabərliyi” və “Dövlət qulluğunda vəzifədə yüksəliş prosesində və ehtiyat kadrların idarə edilməsində gender bərabərliyi” mövzularında təqdimatlarla çıxış edib. Çıxış zamanı “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” barədə ətraflı məlumat verilib, dövlət idarəçiliyində gender bərabərliyi ilə bağlı praktiki məsələlərə toxunulub.

Təlimin sonunda dövlət qulluğunda gender bərabərliyinə dair aktual məsələlər barədə müzakirələr aparılıb. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, bundan öncə təlimlər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilib.

Xəbər lenti