Logo

DİM-in nümayəndələri Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi üzrə Avrasiya Assosiasiyasının 10-cu illik konfransında iştirak ediblər

25.10.2021 18:29 277 baxış
IMG

Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi üzrə Avrasiya Assosiasiyasının (EAOKO) 10-cu illik konfransı Moskva Şəhər Pedaqoji Universiteti ilə əməkdaşlıq çərçivəsində Ali İqtisadiyyat Məktəbinin Təhsil İnstitutunun iştirakı və Rusiyada Dünya Bankı tərəfindən həyata keçirilən İnkişaf naminə Rusiya Təhsil Yardımı layihəsinin birgə təşkilatçılığı ilə 22-23 oktyabr tarixlərində onlayn formatda keçirilib.

Konfransda Assosiasiyaya üzv ölkələr, MDB ölkələri üzrə mütəxəssislər, təhsildə keyfiyyətin qiymətləndirilməsi ilə məşğul olan müxtəlif beynəlxalq təşkilat və agentliklərin nümayəndələri iştirak ediblər.

Konfransda Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev buraxılış imtahanının on il ərzində inkişafı, əsas xüsusiyyətləri, keçirilmə qaydası, həmçinin vahid qəbul imtahanının tətbiqinin ümumi və statistik nəticələri kimi məsələləri əhatə edən “Azərbaycan Respublikasında mərkəzləşdirilmiş buraxılış imtahanları sisteminin inkişafının onilliyi: əsas nəticələr” adlı təqdimatla çıxış edib.

Təqdimatın sonunda, sual-cavab sessiyasında DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamentinin müdiri Oleq Şelaginov və Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev tərəfindən iştirakçıların sualları cavablandırılıb və DİM-in təqdimatında əks olunmuş məsələlərin müzakirəsi aparılıb.

Tədbirdə təhsildə keyfiyyətin monitorinqi və nəticələrdən istifadə, təhsilin keyfiyyətinin qiymətləndirilməsi prosedurları çərçivəsində proktorinq, pedaqoji heyətin səriştələri və xüsusiyyətləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti