Logo

AzTU-da Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib

25.10.2021 16:25 388 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), tələbə-rektor və könüllü tələbələrinin birgə təşkilatçılığı ilə 8 noyabr Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Tehsil.biz xəbər verir ki, AzTU tələbələri arasında keçirilən yarışda 7 komanda iştirak edib. Gərgin və maraqlı keçən mübarizənin sonunda 1-ci yerin sahibi  "Marafon" komandası olub. 2-ci yerə "Könüllülər", 3-cü yerə isə "Labirint" komandası layiq görülüb.

Qalib komandaların hər bir üzvünə sertifikat, medal və pul mükafatı təqdim olunub.
Qeyd edək ki, qalib komandalar ali təhsil müəssisələri arasında keçiriləcək respublika bilik yarışında AzTU-nu təmsil etmək imkanı əldə edəcəklər.

Xəbər lenti