Logo

MEK-də ixtisasartırma təlimləri başa çatıb

25.10.2021 15:28 292 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən AMEA elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün keçirilən əlavə peşə təhsili (ixtisasartırma) təlimləri başa çatıb.

Kitabxanaçıların peşəkar fəaliyyətinin artırılması məqsədilə təşkil olunan təlimlər iki həftə müddətində davam edib.

Təlimlərin yekununda MEK-in baş direktoru, professor Məmməd Əliyev elmi tədqiqat institutlarının əməkdaşları ilə görüşüb. Görüş əsnasında Mərkəzi Elmi Kitabxananın İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın rəhbərliyi ilə keçirilən təlimlərin əsas məqsədindən, müasir və ənənəvi kitabxana prosesləri haqqında kitabxanaçıların ətraflı şəkildə məlumatlandırılmasından, yeni informasiya texnologiyaları vasitəsilə müasir kitabxana xidmətlərinin təşkilinə dair metodik və nəzəri biliklərin artırılmasından, kitabxana-informasiya xidmətinin təşkilindən, forma və xüsusiyyətlərini onlara aşılamaqdan söhbət açılıb.

Qeyd edək ki, kitabxanaçılar təlim müddətində İnformasiya texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsində təcrübə keçib, şöbənin elektron kitabxana xidmətləri, elmmetrik tədqiqatlar, antiplagiat və DOİ xidmətləri sektorları haqqında məlumatlanıblar. Həmçinin iştirakçılar MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, eləcə də Repraqrafiya şöbələri, Qarabağ müharibəsi qəhrəmanları, Şərqşünaslıq, eyni zamanda Nadir və qiymətli nəşrlər fondları ilə də yaxından tanış olub, iş fəaliyyətini mənimsəyiblər.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.  

Xəbər lenti