Logo

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

25.10.2021 15:17 74 baxış
IMG

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (“Teleradio”) İstehsalat Birliyinə (İB) baş direktor təyin edilib.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, bu vəzifə indiyə qədər baş direktor vəzifəsini müvəqqəti icra edən Mikayıl Abbasova həvalə olunub.

O, 1970-ci ildə Ermənistanda anadan olub, 1993-cü ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasını fərqlənmə diplomu ilə bitirib.

M.Abbasov 1994-cü ildə “Teleradio” İB-in “Peyk rabitəsi” sexində böyük elektromexanik vəzifəsində işə başlayıb, 1995-ci ildən həmin sexin rəisi olub, 1998-ci ildən Peyk və radio-televiziya yayımı müəssisəsinin baş mühəndisi vəzifəsində çalışıb, 1999-ci ildən Texniki şöbənin rəisi vəzifəsində çalışıb, 2004-cü ildən İB-in baş mühəndisi, 2006-cı ildən texniki direktoru vəzifəsinə təyin olunub, bu ilin mart ayından isə baş direktor vəzifəsini müvəqqəti icra edib.

O, 2007-ci ildə rabitə nazirinin əmri ilə “Rabitə ustası” adı, 2008-ci ildə isə ölkə Prezidentinin sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adı alıb, 2017-ci ildə isə dövlət başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

M.Abbasov türk, rus, ingilis dillərini bilir, ailəlidir, iki övladı var.

Xəbər lenti