Logo

Dağ çaylarının hidrokimyəvi xüsusiyyətləri haqqında ilk kitab nəşr olunub

25.10.2021 15:04 563 baxış
IMG

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin aparıcı elmi işçisi coğrafiya elmləri doktoru Məhəmməd Abduyevin “Azərbaycanın dağ çaylarının hidrokimyəvi xüsusiyyətlərinin coğrafi qanunauyğunluqları” adlı monoqrafiyası nəşr olunub.

Tehsil.biz xəbər verir ki, kitab Azərbaycanın dağ çaylarının hidrokimyasına həsr olunan ilk elmi əsərdir.

Kitabda çayların hidrokimyəvi xüsusiyyətlərinin öyrənilmə vəziyyəti və indiyədək toplanmış stasionar müşahidə məlumatları qiymətləndirilib, kimyəvi axımın formalaşmasına fiziki-coğrafi amillərin təsiri təhlil edilib, çay sularının minerallaşma dərəcəsi, çayların makro və mikrokomponentlər axımı öyrənilib. Çay hövzələrindəki kimyəvi denudasiyanın intensivliyi öyrənilərək antropogen amillərin çayların hidrokimyəvi rejiminə təsiri müəyyən edilib. Çay sularının kimyəvi tərkibinə görə təsnifatı aparılaraq respublikanın su ilə təminatında ekoloji təhlükəsizlik məsələsi qiymətləndirilib.

Monoqrafiya illüstrativ materiallarla müşayiət olunur. Hesablamaların nəticələri cədvəllərdə əksini tapıb. Əsər elmi işçilər, xüsusilə coğrafiya, hidrologiya, hidrokimya üzrə mütəxəssislər, doktorant, dissertant və tələbələr, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xəbər lenti