Logo

UNEC Dizayn məktəbi tələbələrinin rəsm əsərləri Hərbi Qənimətlər Parkında nümayiş olunub

25.10.2021 13:49 485 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn məktəbinin tələbələri Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin ildönümü münasibətilə keçirilən “Zəfərdən-zəfərə” adlı rəsm sərgisində iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, sərginin keçirilməsində məqsəd azad olunmuş ərazilərin füsunkar təbiətinin, mədəni irs nümunələrinin təsvir və tərənnümü, müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və tarixi Zəfərin rəssamların əsərlərində nümayiş olunmasıdır.

Tədbirdə Dizayn kafedrasının müdiri dosent Elfanə Qasımova çıxış edərək UNEC Dizayn məktəbi tələbələrinin əsərlərində Vətənə sevgi, el-obanın azadlığı naminə mübariz igidlərimizin obrazlarının əks olunduğunu bildirib.

Sonda Veteran Tankçılar İctimai Birliyi tərəfindən rəsm sərgisində fəal iştirak edən tələbələrə diplomlar təqdim olunub.

Xəbər lenti