Logo

"Şəffaf formada seçki keçirməyən İctimai Şura heç bir öhdəliyi yerinə yetirə bilməz" - Elçin Əfəndi

25.10.2021 13:10 461 baxış
IMG

"Təəssüf ki, şəffaf formada seçki keçirilməyən, öncədən adları bəlli olan və səsvermə zamanı da məhz həmin şəxslərin seçilməsi kimi bir prosesin məntiqi nəticəsində formalaşan İctimai Şura heç bir öhdəliyi yerinə yetirə bilməz".

Bu sözləri "Tehsil.biz"ə təhsil eksperti Elçin Əfəndi deyib.

O bildirib ki, şuraya seçkilər tam obyektiv və şəffaf keçirilərsə, bəlkə nəticə əldə etmək olar. Əks halda formal bir təşkilat kimi qalacaq.

"İradlarım çoxdur və son seçkini gözləyirəm. Ondan sonra daha detallı yazacam", -deyə Elçin Əfəndi fikirlərini yekunlaşdırıb.

Fəqan Əzimli

Xəbər lenti