Logo

NDU-nun rektoru "Poliqon" Strateji İntellekt Oyunun qalibləri ilə görüşüb

25.10.2021 11:50 335 baxış
IMG

Naxçıvan Dövlət Universitetin rektoru Elbrus İsayev "Poliqon" Strateji İntellekt Oyunu üzrə IV Universiadanın Respublika birinciliyində qalib olan “Qarabağ” komandası ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, rektor tələbələri təbrik edərək onlara uğurlar arzulayıb. Tələbələrin tədris prosesi ilə yanaşı müxtəlif müsabiqələrdə iştirakını yüksək qiymətləndirən rektor onların dünyagörüşündə əhəmiyyətli rol oynayan bilik yarışmaların, intellektual oyunların əhəmiyyətini önə çəkib. Bildirilib ki, universitet Tələbə Gənclər Təşkilatı da öz fəaliyyət proqramını günün tələbləri səviyyəsində qurur və istedadlı tələbələrin üzə çıxarılmasında öz səyini əsirgəmir. 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Poliqon" Strateji İntellekt Oyunu üzrə keçirilən IV Universiadada Naxçıvan Dövlət Universitetinin “Qarabağ” komandası qalib olub. 

Məlumat üçün onu da bildirək ki, komanda Bakıda keçirilən yarışda iştirak edəcək.

Xəbər lenti