Logo

Azərbaycan peşə təhsili və təlimində yeni istiqamətlər

25.10.2021 11:48 351 baxış
IMG

Azərbaycanın peşə təhsili sistemi ilk peşə-ixtisas təhsili müəssisələrindən (peşə məktəbləri, peşə liseyləri və peşə təhsil mərkəzlərindən) ibarətdir. Hazırda ölkənin peşə təhsili sistemində, ümumilikdə, 118, o cümlədən 116 dövlət (onlardan 109-u Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələridir) və 2 özəl təhsil müəssisəsi mövcuddur. Onlardan 6-sı Dağlıq Qarabağ və ətraf ərazilərdə fəaliyyət göstərmiş və hazırda fəaliyyəti dayandırılmış peşə məktəbləridir. Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən dövlət peşə təhsili müəssisələrində 154 ixtisas üzrə 24 minə yaxın şagird təhsil alır.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində 14 Peşə Təhsil Mərkəzi (PTM) fəaliyyət göstərir. PTM-lər uyğun profillər üzrə ixtisas kadr hazırlığını həyata keçirir. PTM-lər iaşə, tikinti, rabitə, texnologiya, mədəniyyət kimi cəmiyyət üçün lazımlı bütün fəalliyyət növlərini özündə əks etdirir. Əfsuslar olsun ki, səhiyyə sahəsi üzrə peşə təhsil müəssisəsi və buna uyğun olaraq da tibb yönümlü ixtisaslar mövcud deyildir.

Türkiyə praktikasına və xüsusəndə peşə təhsili üzrə öz sözünü demiş Almaniya peşə təhsil sisteminə baxdıqda görərik ki, səhiyyə xidmətlərində peşəyönümlü fəaliyyətdə yaranan boşluqları dolduqmaq məqsədilə müxtəlif ixtisaslar mövcuddur. 

Tövsiyə olunur ki, tibb sahəsinin rəngarəngliyindən istifadə edərək yeni peşə ixtisasları qəbul olunmalı və onlar Səhiyyə xidmətləri üzrə Peşə Təhsil Mərkəzində cəmləşdirilməlidir. İlkin halda qəbula Fizioterapiya işçisi, Dializ aparatının xidmətçisi, Xəstəxana idarəetmə və sənədləşmə üzrə işçi, yaşlı şəxslər üçün köməkçi kimi ixtisaslar təqdim olunmalıdır. Həqiqətən bu sahədə sorğunun aparılması deyilən məsələlərin tələbatın ödənilməsinə xidmət etdiyini görmək olar.

Qadir Qafarov 
Azərbaycan Texniki Universitetinin baş müəllimi,
Peşə təhsili üzrə müstəqil tədqiqatçı

Xəbər lenti