Logo

Azərbaycan Beynəlxalq Bankı tərəfindən Aqrar Universitetə növbəti dəfə kitablar hədiyyə edilib

25.10.2021 11:14 67 baxış
IMG

Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) “Dövlət maliyyəsi və dövlət siyasəti” adlı kitabın 18 nüsxəsi növbəti dəfə hədiyyə olunub.

Tehsil.biz xəbər verir ki, ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun professoru, dünya şöhrətli iqtisadçı alim Conatan Qruberin müəllifi olduğu kitabın orijinalı Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə TEAS Press nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq çap edilib. Müvafiq sahədə ixtisaslaşan təhsil müəssisələrinə və insanlara hədiyyə olaraq nəşr edilən kitab 896 səhifədən, dövlət maliyyəsinin mahiyyəti, kənar təsirlər və ictimai məhsullar, sosial sığorta və yenidən bölgü, vergiqoyma nəzəriyyə və praktikada hissələrindən ibarətdir.

Nəşrlə ADAU-nun əsaslı kitabxanasında, Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültələrinin sərbəst kompüter otaqlarında tanış olmaq olar.

Xəbər lenti