Logo

ATU-da Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib

25.10.2021 11:05 567 baxış
IMG

Nəsimi rayonunda yerləşən ali təhsil müəssisələrinin komandaları arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. 8 noyabr – Zəfər Gününə həsr olunmuş bu tədbir Azərbaycan Tibb Universitetində (ATU) baş tutub. 

Tehsil.biz xəbər verir ki, Nəsimi Rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsi, Azərbaycan İntellektual Oyunlar Klubu və Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı iləkeçirilən tədbirin əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə  Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, ATUnun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimli, Azərbaycan İntellektual Oyunlar Klubunun vitse-prezidenti Günay Vəliyeva çıxış edərək  44 günlük haqq savaşı,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı düşmən tapdağından azad etməsi, 30 ilə yaxındır davam edən həsrətin sona çatması haqqında qürurla danışıblar. Çıxışçılar 8 noyabr Zəfər gününü  Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış mühüm  hadisə kimi dəyərləndiriblər. 

Rəsmi hissədən sonra  oyunlara start verilib. 2 saat davam edən yarışda I yerə Azərbaycan Dillər Universitetinin "Poliqlot" komandası, II və III yerlərə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini təmsil edən "Maqnat və Creactivelər" komandaları layiq görülüblər. Qaliblər kubok, diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər lenti