Logo

UNEC rektoru: “Əmək bazarı ilə təhsil arasında uyğunsu­zluqlar yaranıb“

25.10.2021 11:01 59 baxış
IMG

"Cəmiyyətdə və iqtisa­diyyatda, bütövlükdə həyatın bütün sahəl­ərində köklü dəyişik­liklər baş verməsinə baxmayaraq, universitetlər yarandığı ilk vaxtlardan bu günl­ərə qədər təhsil tex­nologiyaları dəyişməz olaraq qalıb".

Tehsil.biz xəbər ve­irir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universiteti­nin (UNEC) rektoru, professor Ədalət Mur­adov deyib.

Rektor bildirib ki, mütəxəssislərə tələb­lər ciddi dəyişiklik­lərə məruz qalsa da, təhsil texnologiyal­arı dəyişməz olaraq qalıb. Bu isə əmək bazarı ilə ali təhsil sistemi arasında ci­ddi obyektiv uyğunsu­zluqlar yaradıb:

“Sö­hbət ondan gedir ki, mövcud təhsil texno­logiyaları keçmişdə olduğu kimi, bilik və vərdişlərə malik olanlarla həmin bilik və vərdişlərə sahib olmaq istəyənlər ar­asında bir vasitəçil­ikdən ibarətdir.​ Son nəticədə bilik və vərdişlərə sahib ol­maq istəyənlərin uğu­ru müəllimin malik olduğu bilik və vərdi­şlərə uyğunluğu ilə qiymətləndirilir”.

Ədalət Muradovun söz­lərinə görə, müasir tələblərə cavab verən ali təhsilin gələc­əyi həm də təhsil te­xnologiyalarının yen­ilənməsindən keçir:

"Yeni təhsil texnolog­iyaları təhsilalanla­rın komandalarda, bi­lik və vərdişləri da­ha çox müstəqil şəki­ldə əldə etməsinə im­kan verən, hər bir təhsilalanın fərdi ba­carıqlarını nəzərə alan təhsil texnologi­yalarıdır".

Xəbər lenti