Logo

ATU rektoru Böyük Britaniyanın səfirliyinin nümayəndəsi ilə görüşüb

25.10.2021 10:19 69 baxış
IMG

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin Ticarət və İnvestisiyalar üzrə icraçı direktoru Laura Morrisonu qəbul edib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli bir əsrə yaxın yaşı olan Tibb Universiteti haqqında qonağa məlumat verərək bildirib ki, bu müəssisə hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyaları ilə Azərbaycanın ən böyük elm və tibb ocağıdır: “Universitetimizə hər il 1000-ə yaxın tələbə qəbul olur. Universitet nəzdində fəaliyyət göstərən 4 böyük klinikanın hesabına tələbələrimiz rahatlıqla klinik fənlərini burada mənimsəyə bilirlər. Burada 6 fakültə fəaliyyət göstərir ki, bunlardan biri də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan hərbi tibb fakültəsidir.

Rektor G.Gəraybəyli görüş zamanı ATU-nun fəaliyyətində beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet istiqamətlərdən olduğunu vurğulayıb: "Hazırda ATU-da 39 ölkədən 2000-dən çox əcnəbi tələbə təhsil alır. İkili diplomun tətbiqi üçün bir sıra işlər aparılır, tədris proqramına dəyişikliklər edilir."

Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin Ticarət və İnvestisiyalar üzrə icraçı direktoru Laura Morrison iki ölkənin ali təhsil müəssisələri arasındaki əlaqələrin genişlənməsinin vacibliyindən danışıb, bu istiqamətdə görülə biləcək işlərdən söz açıb. 

Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova, Britaniyanın Azərbaycandakı Səfirliyinin Ticarət məmuru Şəms Süleymanova iştirak edirdilər.

Xəbər lenti