Logo

Əczaçılıq üzrə ixtisaslaşdırılmış dissertasiya şurası yaradılıb

25.10.2021 09:46 311 baxış
IMG

Son illər ölkəmizdə aparılan çoxşaxəli islahatların tərkib hissəsi olaraq təhsil sahəsində də müxtəlif tədbirlər həyata keçirilir. Bu baxımdan, dissertasiya işlərinin müdafiəsi üzrə də müəyyən tədbirlər görülüb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının yeni əsasnaməsi təsdiq olunub, şuraların tərkibi yenilənib vəmüxtəlif istiqamətlər üzrə dissertasiya şuraları yaradılıb. 

Bu yeniliklər barədə bizə Əczaçılıq üzrə ixtisaslaşmış şuranın elmi katibi,dosent Sənəm Əliyeva məlumat verdi. Onun dediyinə görə, ölkəmizdə son 20 ildə bu sahədə ixtisaslaşmış dissertasiya şurası yox idi: “Hazırda Ali Attestasiya Komissyası tərəfindən Əczaçılıq ixtisasıüzrə 2 ixtisaslaşma: “Əczaçılıq kimyası, farmakoqnoziya” və “Dərmanların alınma texnologiyası, əczaçılıq işinin təşkili” ixtisasları üzrə birdəfəlik dissertasiya şurasının yaradılması haqqında sərəncam verilib. Bu da Əczaçılıq fakültəsi üçün çox önəmlidir. Belə ki, gənc mütəxəssislərin hazırladığı dissertasiya işlərinin müdafiəsi nisbətən asanlaşır vəeyni zamanda onların müasir səviyyədə, yüksək tələbkarlıq şəraitində müdafiəsi üçün şərait yaranır. Respublikamızın əczaçılıq sahəsində tanınmış mütəxəssisləri, o cümlədən bütün elmlər doktorları dissertasiya şurasının tərkibində iştirak edirlər. Dissertasiya şurasına professor Yusif Kərimov rəhbərlik edir. Şuranın üzvlərindən professorlar Eldar Qarayev, Cavanşir İsayev, Məhbubə Vəliyeva və başqalarını göstərmək olar. Bununla yanaşı, hər ixtisas üzrə 5 nəfər mütəxəssisin də iştirakı tələb olunur”.

“Dərmanların alınma texnologiyası və əczaçılıq işinin təşkili” ixtisası üzrə kadr çatışmazlığından danışan S.Əliyeva bildirib ki, bu problem qonşu dövlətlərin köməyi ilə aradan qaldırılıb: “Rusiya Federasiyası Pyatiqorsk Əczaçılıq İnstitutundan professorlar E.F.Stepanova və Ayro Andreyevanın, həmçinin Gürcüstan Respublikasından professorlar Kompantsevevə Bakuridze kimi mütəxəsislərin bu şuraya cəlbolunması nəticəsində dissertasiya şurası yaradıldı.Sevindirici haldır ki, oktyabrın 14-ü və 15-itarixlərində fakultəmizin 2 əməkdaşı - Farmakoqnoziya kafedrasının baş müəllimi Aytən Şükürova, eləcə də Ümumi və toksikoloji kimya kafedrasının baş müəllimi Sara Paşayeva əczaçılıq üzrə fəlsəfə doktorluğu dissertasiya işini müvəffəqiyyətlə müdafiə ediblər. Hazırda onların sənədlərinin tərtibi və Ali AttestasiyaKomissyasına təqdim olunması üzrə işlər aparılır”.

Xəbər lenti