Logo

Erkən yaş dövründə təhsil

25.10.2021 08:57 335 baxış
IMG

UNICEF hər bir uşaq üçün məktəbəqədər təhsil və bərabər səviyyəli məktəbə qəbul imkanlarının artırılması istiqamətində iş aparır

Azərbaycanda uşaqların artıq bir yaşından başlayaraq məktəbəqəd ər təhsilə cəlb olunması rəsmi şəkildə nəzərdə tutulsa da, 1-5 yaş arasında olan uşaqların məktəbəqədər təhsil müəssisələrində təhsil alma göstəricisi onların hər 4 nəfərindən yalnız 1-ni əhatə etməklə aşağı səviyyədə olaraq qalır. Şəhər yerləri ilə müqayisədə kənd yerlərində uşaqların məktəbəqədər təhsildə iştirak səviyyəsi isə hətta daha aşağı ola bilər. Hər bir uşaq üçün vacib rol oynayan erkən təhsilin əlçatan olması ilə bağlı çətinliklər infrastruktur maneələrinin mövcud olmasından, həmçinin uşağın inkişafı üçün məktəbəqədər təhsilin əhəmiyyəti barədə valideynlər arasında biliklərin az olmasından ibarətdir. 

Artıq təsdiq olunub ki, uşağın gələcək inkişafının əsas təməli məhz onun erkən yaşlarında təhsili zamanı qoyulur. UNICEF və Azərbaycan Respublikasının Təhsil Nazirliyi məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək və məktəbəqədər təhsil müəssisələrində bərabər təhsil imkanları ilə bağlı çatışmazlıqları aradan qaldırmaq məqsədilə, məktəbə hazırlıq səviyyəsinin artırılması və bu cür həlledici əhəmiyyətli erkən təhsil imkanlarına çıxışı olmayan uşaqlara yönəlmiş icma əsaslı erkən təhsil proqramlarının genişləndirilməsi istiqamətində birgə iş aparır.

Məktəbə hazırlıq sahəsində nailiyyətlər 

UNICEF 2016-cı ildə təsdiq edilmiş və Azərbaycanda 5 yaşlı uşaqların hamısının məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi məqsədi daşıya n Məktəbəqədər təhsil üzrə Milli Tədbirlər Planının hazırlanması işini təşviq edərək dəstəkləyib . 

2017-ci ildə məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin 55%-dən 65%-dək artması ilə nəticələnmiş və hal-hazırda 95 000 nəfər 5 yaşlı uşağı əhatə edən Məktəbəqədər Təhsil Proqramını həyata keçirmək məqsədilə ölkənin 61 rayonundan 4600 nəfərdən çox müəllimə təlim keçirilmişdir.

Üç və dörd yaşlı uşaqlar üçün icma əsaslı hazırlıq mərkəzləri 50 rayonda pilot şəklində fəaliyyətə başladıqdan sonra əlavə olaraq 50 mərkəz yaradılıb və al-hazırda bu mərkəzlər ölkə üzrə 3.000 uşağı əhatə edir. Eyni zamanda, UNICEF müəllimlərə təlimlər keçməklə və tədris materiallarını hazırlamaqla məktəbə hazırlıq prosesinə də dəstək verir 

Yeni məktəbəqədər təhsil proqramı erkən təhsilin inkişafına dair dünya standartlarına, habelə UNICEF tərəfindən dəstəklənən pilot məktəbə hazırlıq layihələrində əldə olunan uğurlu təcrübəyə əsaslanır. Milli potensialın gücləndirilməsi istiqamətində işi davam etdiririk və ölkə boyu daha çox müəllimə təlimlərin keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən müvafiq vəsaitin ayrıldığı bir vaxtda, məktəbəqədər təhsil sahəsində bərabər imkanlarla bağlı çatışmazlıqların aradan qaldırılması istiqamətində irəliləyişin monitorinqinə kömək göstərmək üçün bu təhsilə cəlb olunma səviyyəsinə dair məlumatların daha çox olmasını dəstəkləyirik.

Xəbər lenti