Logo

Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Ön Ofis/Satış Təmsilçisi” təliminə müraciətləri qəbul edir

25.10.2021 02:27 297 baxış
IMG

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Ön Ofis/Satış Təmsilçisi” təliminə müraciətləri qəbul edir.

Təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Azerconnect MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

 Təlimlər hibrid formatda (həm onlayn, həm də ənənəvi olaraq) Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ndə təşkil ediləcək. Təlimin müddəti: 2.5 ay

 Əsas seçim meyarları:

 Orta ixtisas və ya ali təhsil alan tələbələr və ya məzunlar;

 Fikrini aydın izah etmək bacarığı;

 Azərbaycan dilində səlis danışıq bacarığı;

 Bir əlavə dil biliyi (rus və ya ingilis dili; hər ikisini bilmək üstünlükdür);

 Kompüter və ofis proqramlarından ümumi istifadə bacarığı;

 Təlimə seçilmiş şəxslər təlim zamanı ön ofis və onun iş prinsipləri, müştəri xidmətləri və məmnuniyyəti, satış və ünsiyyət bacarıqları, satış işinin qurulması, müştərilərin istəklərinə uyğun satış işinin təşkili, düzgün yönləndirmə, münaqişələrin həlli, stresə davamlılıq kimi çoxşaxəli istiqamətlərdə bilik və bacarıqlar əldə edəcəklər. Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.

 Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.

 Müraciətləri 31 oktyabr, 2021-ci il tarixinədək aşağıdakı keçid vasitəsi ilə göndərə bilərsiniz:

 https://bit.ly/2XEmDBs

 Əlavə sualınız yarandığı təqdirdə [email protected] ünvanına müraciət edə bilərsiniz.

Xəbər lenti