Logo

Rusiyada şagirdlər məktəbdən yayınmaq üçün “maraqlı” üsuldan istifadə ediblər

23.10.2021 13:33 391 baxış
IMG

Rusiyanın Biysk şəhərində məktəblilər dərslərdən yayınmaq üçün “maraqlı” üsuldan istifadə ediblər.

Belə ki, şəhərdəki 34 nömrəli məktəbin şagirdləri təhsil müəssisəsində atışma təşkil edəcəklərini bildiriblər.

Faktla bağlı araşdırma aparan polis əməkdaşları tərəfindən informasiyanı yayan şagirdlər dindirilib. Polis onları dərslər başlayan zaman buraxıb. Beləliklə, onların dərsdən yayınmaq planları da suya düşüb.

Mənbə: Vesti.ru

Xəbər lenti