Logo

Sağlamlıq imkanları məhdud uşaqlar daha keyfiyyətli təhsillə təmin ediləcək

27.11.2020 16:20 2139 baxış
IMG

Valideyn himayəsindən məhrum olmuş, baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşaqların sosial xidmətlərə əlçatanlığı artırılacaq və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar daha keyfiyyətli təhsillə təmin ediləcək.

 

  Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əks olunub.

 

Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

Xəbər lenti