Logo

Fərqlənmə attestatı alanların universitetə imtahansız qəbul olma şansı var?-İZAH

27.11.2020 15:28 4479 baxış
IMG

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları müəyyən tələblərə uyğun gələn məzunlara verilir. Bu tələblərə məzunların ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənməsi, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin 5 (beş) olması; ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplaması, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alması (ən azı 75 (yetmiş beş) bal toplaması), buraxılış imtahanında inşadan (essedən) minimum 7 (yeddi) bal toplaması daxildir.

 

Bu qayda psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanlarından azad edilmiş və evdə fərdi təhsilə cəlb olunmuş məzunlara şamil edilmir.

 

Məzunlara fərqlənmə attestatlarının verilməsi Təhsil nazirinin 08.06.2017-ci il tarixli 129 nömrəli əmri ilə təsdiq edilən “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”na əsasən tənzimlənir.

 

Ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.

 

Bəs, fərqlənmə attestatının şagirdə qazandırdığı üstünlüklər nələrdir? Attestatların bu şəkildə verilməsinin xüsusi avantajı varmı?

 

DİM tərəfindən keçirilən qəbul imtahanlarında 2 və daha artıq abituriyent eyni balı topladıqda attestatında göstəriciləri yüksək olan seçdiyi ixtisasa qəbul olunur. Bu zaman fərqlənmə attestat abituriyent üçün köməklik göstərir. Lakin, fərqlənmə attestatı abituriyentə ali məktəblərə qəbul prosesində müsabiqədən kənar seçim imkanı yaratmır.

Xəbər lenti