Logo

Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim olunub

26.09.2020 15:16 449 baxış

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı sentyabrın 25-nə olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən bildirilib ki, proqramda şəxsi inkişaf və karyera, ana dilində ünsiyyət, məişət soyuducu və istilik sistemlərinə xidmət üzrə mütəxəssis, kompüter operatoru-dizayner, xarici dildə ünsiyyət, bərbər, estetika və mədəni özünüifadə üzrə dərslər təqdim edilib.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Xəbər lenti