Logo

"Təbiət" fənninin dərslik komplekti pilot sınağına təqdim edilib

19.10.2021 18:25 363 baxış
IMG

ARTİ tərəfindən 2021/2022-ci tədris ilində ilk dəfə tədris olunacaq V siniflər üçün nəzərdə tutulmuş "Təbiət" fənninin dərslik komplekti hazırlanıb və pilot sınağına təqdim edilib. Qeyd edək ki, bu dərslik komplektinin hazırlanmasına 11 yerli mütəxəssis cəlb olunub.

ARTİ-nin təşkilatçılığı ilə bu müəlliflər üçün Sinqapurun Alston Nəşriyyat Evi tərəfindən bir sıra təlimlər keçirilib. Alston Nəşriyyat Evi komplektin hazırlanmasında redaktor kimi də iştirak edib. Dərslik komplekti hazırlanarkən təhsildə qabaqcıl ölkələrin təcrübələri araşdırılıb, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının tələbləri  diqqətə alınıb. Eyni zamanda, dərslik komplektində fəaliyyət əsaslı təlimə önəm verilib. Dərslik komplektinə dərslik, iş dəftəri və müəllimlər üçün metodik vəsait daxildir.

Sözügedən dərslik komplekti 2021/2022-ci tədris ilində respublika üzrə 132 sinifdə sınaqdan keçiriləcək. ARTİ tərəfindən həmin siniflərdə dərs deyən müəllimlər üçün təlimlər təşkil olunub.

Xəbər lenti