Logo

Azərbaycan Dillər Universitetinin 14 tələbəsi koronavirusa yoluxdu

19.10.2021 17:43 433 baxış
IMG

Azərbaycan Dillər Universitetində COVİD-19-a yoluxma halı qeydə alınıb.

Azərbaycan Dillər Universitetindən verilən məlumata görə, virusa yoluxan tələbələrin sayı 14-dür.

Bildirilib ki, həmin tələbələr karantinə alınıb:

"Virusa yoluxma haqqında sənəd təqdim edən tələbələrin qayıbı nəzərə alınacaq. Bu, təlimata əsasən indi yox, semestrin sonunda həyata keçirilir. Hazırda 3 qrup isə müvəqqəti olaraq distant təhsilə keçib".

Xəbər lenti