Logo

Azərbaycanda üç məktəb və iki bağçada dərslər dayandırıldı

19.10.2021 13:03 75 baxış
IMG

Ölkə üzrə fəaliyyət göstərən bir neçə məktəb koronavirusa görə bağlanıb.

Tehsil.biz-in məlumatına görə, üç məktəb və iki bağçada dərslər dayandırılıb.

Belə ki, Zərdab şəhəri H.Zərdabi adına 1 saylı məktəb lisey, Şabranda iki məktəbdə şagirdlər və müəllimlər arasında koronavirusa yoluxma aşkar edilib.

Bu səbəbdən həmin məktəblərdə dərslər distant formada davam etdiriləcək.

Eyni zamanda, Zərdab rayonunun Məmmədqasımlı və Məlikli kəndində fəaliyyət göstərən bağçalar koronavirus səbəbindən bağlanıb. (Oxu.Az)

Xəbər lenti